Erməni deputat bundan sonra model olacaq


Dünya 14 Fev 2019 20:29:00 183 0

Erməni deputat bundan sonra model olacaq

Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputatı Naira Zoqrabyan yaxın vaxtlarda model karyerasına başlayacaq.

Son.az bildirir ki, bu barədə Sputnik Ermənistan "Qraparak" nəşrinə istinadən xəbər verir.

Qeyd olunur ki, "Şadoyan Fashion"la əməkdaşlıqdan sonra Zoqrabyan Fransada fəaliyyət göstərən zərgərlik şirkətindən təklif alıb. Deputata şirkətin siması olması və onun məhsullarını nümayiş etdirmək təklif olunub.