"Samsung"dan qəribə addım: köhnə "iPhone"nu gətir, yeni "Galaxy S10"nu 550 dollar endirimlə al
Digərləri 14 Fev 2019 20:14:00 230 0
Samsung şirkəti Galaxy S10 seriyasının reklam kampaniyasına start verir.
Son.az Technote-a istinadən bildirir ki, yeni alıcıları cəlb etmək üçün şirkət köhnə iPhone modellərini yeni Galaxy S10-a dəyişmək təklifini verir. Bu halda alıcılar yeni Galaxy S10-nun alışında 550$ endirim əldə edəcəklər. Bu barədə Macdigger saytı xəbər verib. Beləliklə Galaxy S10 seriyasının təqdimatına artıq bir neçə gün qalıb və bu səbəbdən Samsung şirkəti öz yeni smartfon seriyasının reklam kampaniyasının keçirilməsinə start verib.
Mənbə: milli.az