Kəmalə azərbaycanlı qadınları İstanbulda əldənələ verdi


Kriminal 14 Fev 2019 20:19:00 317 0

Kəmalə azərbaycanlı qadınları İstanbulda əldənələ verdi

Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Quba rayon sakini Kəmalə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Kəmalə Əliyeva qadınları aldadıb Azərbaycan dövlət sərhədindən keçirmək və cinsi istismara məruz qoymaqla bağlı şəxsiyyəti istintaqa məlum olmayan Maya adlı qadınla əvvəlcədən razılaşıb.

Onlar bir qrup şəxs təşkil edərək fəaliyyət göstəriblər.

İşə düzəltmək adı ilə aldatdı

Bu məqsədlə Kəmalə Əliyeva 2015-ci ilin əvvəllərində Nərimanov rayonunda yaşayan Səadət Məmmədovanı Türkiyənin İstanbul şəhərində tanışı Mayanın yanında restoranda işə düzəldəcəyi adı ilə aldadıb.

Səadətin razılığını alıqdan sonra avqustun 21-də onu Bakı hava limanına aparıb və oradan İstanbul şəhərinin Aksaray qəsəbəsinə gediblər.

Kəmalə İstanbulda Səadəti qeydiyyatdan keçirmək və işə düzəltmək adı ilə ümumvətəndaşlıq pasportunu götürərək gizlədib.

Həmin tarixdən başlayaraq Kəmalə Maya adlı qadınla birlikdə nəzarətdə saxladıqları Səadəti İstanbul şəhərinin Aksaray qəsəbəsində avqustun 27-dək kişi müştərilərlə pul müqabilində görüşdürüb.

10 gün kişilərlə intim əlaqə...

Kəmalə həmin il avqust ayının əvvəllərində Nərimanov rayonunda Samirə Səlimovanı da eyni qaydada aldadıb. Ona da İstanbul şəhərində tanışı Mayanın yanında restoranda işə düzəldəcəyini söyləyib və qadını həmin ölkəyə aparıb.

Kəmalə Samirəni avqustun 21-də Mayanın olduğu Aksaray qəsəbəsinə gətirib, ümumvətəndaşlıq pasportunu əlindən alıb, 10 gün ərzində müxtəlif kişi müştərilərlə pul müqabilində görüşdürüb.

Hər gün Samirə 3, hərdən də 5-6 kişi ilə intim əlaqədə olmağa məcbur edilib.

Cuma və Maya ilə yeni plan

Daha sonra Kəmalə Əliyeva ilə Mayaya Cuma adlı xanım da qoşulub.

Kəmalə 2015-ci ilin sentyabrın ortalarında Nərimanov rayonunda Nərgiz İbrahimovanı İstanbul şəhərində tanışı Cuma adlı şəxsin yanında restoranda işə düzəldəcəyi adı ilə aldadıb.

Nərgizin razılığını bildirdikdən sonra Cuma ona yol bileti alıb və sentyabrın 23-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçməklə Nərgizi İstanbul şəhərinin Aksaray qəsəbəsinə getməsini təşkil edib.

İki ünvanda fərqli-fərqli kişilərlə...

Sentyabrın 24-də Cuma Türkiyədə Nərgizi qarşıladıqdan sonra qeydiyyatdan keçirmək adı ilə ona məxsus ümumvətəndaş pasportunu əlindən alıb.

Həmin tarixdən Cuma İstanbul şəhərin Bəylik düzü adlanan ərazisində "İnovia 3" yaşayış kompleksindəki mənzildə Nərgizi sentyabrın 29-dək müxtəlif kişi müştərilərlə görüşdürüb.

Daha sonra Kəmalə sentyabrın 30-da Nərgizi Maya adlı qadına verib. Maya həmin tarixdən oktyabrın 8-dək Nərgizi İstanbul şəhərinin Fındıqzadə adlanan ərazisində Cərrah Paşa xəstəxanasının yaxınlığında olan mənzillərdən birində fahişəliyə məcbur edib.