Əhali bir ildə ərzaq, içki və siqaretə nə qədər pul xərcləyib?


Digərləri 14 Fev 2019 20:01:20 193 0

Əhali bir ildə ərzaq, içki və siqaretə nə qədər pul xərcləyib?

Bakıda əhali bir ildə ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 10 milyard manatdan çox pul xərcləyib

Bakı. Elçin Mehdiyev - 2018-ci ildə Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci illə müqayisədə 3,8 faiz artaraq 20 milyard 797,3 milyon manat olub. Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 3,4 faiz artaraq 10 milyard 074,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,2 faiz artaraq 10 milyard 722,6 milyon manata bərabər olub.