Qubada ekskavator sürücüsünün çayda boğulması ilə bağlı


Kriminal 14 Fev 2019 19:41:00 318 0

Qubada ekskavator sürücüsünün çayda boğulması ilə bağlı

Qubada Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində ekskavatorun operatoru Qasımov Vüqar Eyvaz oğlunun ölməsi ilə bağlı cinayət işi başlanıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Quba rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.