"Sevgililər günü" kimin və nəyin şərəfinə qeyd edilir?


Digərləri 14 Fev 2019 19:34:00 254 0

"Sevgililər günü" kimin və nəyin şərəfinə qeyd edilir?

Bütün dünyada olduğu kimi, biz də artıq illərdir 14 fevralı "Sevgililər Günü" kimi qeyd edirik. Amma nəyə görə məhz bu günün sevənlərə həsr edildiyini bilirikmi?

Son.az bildirir ki, Sputnik Azərbaycan-ın çəkiliş qrupu da sorğusunda bu suala aydınlıq gətirməyə çalışdı.

Bu gün şəhərə gəzintiyə çıxmaq, xüsusilə ayrı bir ləzzətdir. Belə ki, hər tərəfdə əl-ələ tutuşanlar, əlində gül dəstəsi görüşə tələsənlər, gülləri qoxlayaraq gülümsəyənləri görmək göz oxşayır. Bir əmması var ki, bu gənclər müsahibə verməkdən çəkinirlər. Belə ki, adətlərimizə uyğun olaraq çox vaxt "həri" və nişana qədər qız evi "sevgi macərasından" agah olmur. Və təbii ki, bu xanımlarına kamera önünə keçmək istəməməlirini anlamaq olar.

Sorğudan da aydın olduğu kimi, bir çoxlarımız bu bayramın haradan qaynaqlandığını bilmirik. Amma biz düşünürük ki, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki dünyada sevgi nə qədər çox qeyd və təbliğ edilsə, bir o qədər xoşbəxt olaraq.