Brejnevin ehtiraslı öpüşü barədə bilmədiyimiz


Digərləri 14 Fev 2019 19:39:00 319 0

Brejnevin ehtiraslı öpüşü barədə bilmədiyimiz

SSRİ tarixinin məşhur simalarından biri də Leonid Brejnev olub.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, Brejnev sonradan kəlama çevrilən siyasi açıqlamalarından başqa güclü öpüşü ilə də yaddaşlarda qalıb. Çünki siyasi sahədə öpüşmək çox nadir hallarda baş verir. Bu gün oxuculara Brejnevin ən məşhur öpüşləri barədə faktları çatdırırıq.

1970-ci illərdə SSRİ məkanında "üçqat Brejnev"in nə demək olduğunu bilməyən adam yox idi. Brejnev qarşı tərəfin sağ və sol yanaqlarını sonra isə dodağını öpürdü.

Leonid Brejnevin Çexoslavakiyanın Kommunist partiyasının baş katibi Qustav Qusakla öpüşü elə rezonans doğurmuşdu ki, çexlər bunu hələ də xatırlayırlar.