"Sevgililər günü"nü sevgilisiz keçirənlər nə etməlidir?


Digərləri 14 Fev 2019 19:29:00 239 0

"Sevgililər günü"nü sevgilisiz keçirənlər nə etməlidir?

Hər il fevralın ortalarına doğru cəmiyyətdə bir canlanma yaranır. Hədiyyə və gül mağazalarının bəxtinə "gün doğur". Gənclər 14 fevralı Sevgililər günü kimi qeyd etsələr də, orta nəslin nümayəndələri bu günü qəbul etmirlər.

Bu gün tənha qalanlar da olur. Ətrafda, sosial şəbəkələrdə hamının sevgilisi ilə fotosunu paylaşması, hədiyyələrinin şəkillərini bölüşməsi tənha insanların psixologiyasına təsir edir, hətta depressiyaya düşməsinə səbəb olur.

Sevgilisi olmayan, tənha insanlar Sevgililər günündə nə etsinlər?

Son.az oxu.az-a istinadən bildirir ki, bu suala psixoloq Validə Abbasova cavab verib.

"Sevgi yalnız qarşı cinsə deyil, eləcə də, anaya, ataya, bacı, qardaşa, yaxın dostuna duyulmalıdır. Eqosunu oxşamaq üçün üçün özünə hər hansı bir hədiyyə ala bilər. Könlünü xoş etmək üçün sevdiyi və dəyər verdiyi insana "səni çox istəyirəm, səni sevirəm" deyə bilər. Depressiyaya düşmək əvəzinə, həmin günü hansısa məşğuliyyətlə başını qatsa, daha müsbət nəticələnər. Həm də 14 fevral bizim üçün sonradan götürülmüş bayramdır deyə, çox təsiri yoxdur. Depressiv hallar az olur.