Türkiyə Futbol Federasiyasının prezidenti istefa verməyə hazırlaşır


İdman 14 Fev 2019 19:30:00 193 0

Türkiyə Futbol Federasiyasının prezidenti istefa verməyə hazırlaşır

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Demirören istefa verməyə hazırlaşır.

Goal.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, Yıldırım Demirörenin sahibi olduğu "Demirören Holdinq"in Super Toto Təşkilatının ölkədə mərc oyunlarının təşkili hüququnu verən "İddia" tenderində qalib gəlmək şansı böyükdür. Belə ki, tenderin son mərhələsində iki iddiaçı qalıb. "Demirören Holdinq"lə "Scientific Games"in ortaq təklifi tenderin qalibi olmağa real namizəddir. Çünki bu şirkətlər digər iddiaçıdan daha sərfəli təklif irəli sürüblər. "Demirören Holdinq" - "Scientific Games" ortaqlığı 0.2, "Türkcell" - "İnteltek" ortaqlığı 0.5 faiz komissiya təklifi verib. Böyük ehtimalla, "Demirören Holdinq" - "Scientific Games" ortaqlığı tenderin qalibi olacaq.

Nəticənin rəsmi olaraq açıqlamasından sonra, Yıldırım Demirören TFF-nin prezident postundan istefa verəcək. Çünki mərc oyunlarını təşkil edən şirkətin rəhbərinin federasiyaya rəhbərlik etməsi qəbuledilməzdir.

Qeyd edək ki, Demirören 2012-ci ildə TFF-nin prezidenti seçilib. O, bundan əvvəl Beşiktaş-ın przidenti olub.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl milli komandanın baş məşqçisi Mirça Luçesku istefaya göndərilib. Ardınca TFF Mərkəzi Hakim Komitəsinin sədri və üzvləri istefa verib.