Səfir: "AZƏRTACın iki beynəlxalq media qurumuna rəhbərlik etməsi ona olan etimadın göstəricisidir"


Digərləri 14 Fev 2019 19:04:00 291 0

Səfir: "AZƏRTACın iki beynəlxalq media qurumuna rəhbərlik etməsi ona olan etimadın göstəricisidir"

Bu ilin noyabrında Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) sədrlik AZƏRTAC-dan Koreya Respublikasının Yonhap agentliyinə keçəcək. Hazırda tərəflər təşkilatın Seulda keçiriləcək XVII Baş Assambleyasına hazırlıq işləri görürlər.

Son.az bildirir ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op bununla bağlı məsələləri müzakirə ediblər.

Qeyd olunub ki, 2015-ci ildə əməkdaşlıq müqaviləsi imzalayan AZƏRTAC və Yonhap hazırda uğurlu informasiya mübadiləsi həyata keçirir, OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində birgə səylər göstərirlər. Aslan Aslanov diqqətə çatdırıb ki, bu ilin aprelində Vyetnamda OANA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. İclasda Seulda baş tutacaq Baş Assambleyaya hazırlıq məsələləri müzakirə olunacaq. Məlumat verilib ki, Yonhap-ın 2019-2022-ci illər üçün OANA sədrliyinə namizədliyi təşkilatın 2016-cı ilin noyabrında Bakıda keçirilən Baş Assambleyasında 35 ölkədən olan 40-dan artıq üzv agentlik tərəfindən qəbul edilib. Bu məsələdə Yonhap-a AZƏRTAC böyük dəstək verib. AZƏRTAC-ın sədrlik etdiyi Dünya Xəbər Agentlikləri Konqresində də Koreya Respublikasının agentliyi fəal tərəfdaşlardan biri kimi tanınır.