Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırılıb


Siyasət 14 Fev 2019 17:31:00 295 0

Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırılıb

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmana əsasən,ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün 210 manat məbləğində Prezident təqaüdü təsis edilir.

Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.