RFnin nazir müavini: "Xəzərin statusu barədə Konvensiya əməkdaşlığın yeni səviyyəyə çıxmasına imkan verəcək"


Siyasət 14 Fev 2019 17:24:00 196 0

RFnin nazir müavini: "Xəzərin statusu barədə Konvensiya əməkdaşlığın yeni səviyyəyə çıxmasına imkan verəcək"

"Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığının daha yüksək səviyyəyə çıxmasına imkan verəcək".

Son.az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində Rusiyanın energetika nazirinin müavini Anatoli Yanovski deyib.

Nazir müavininin sözlərinə görə, Rusiya regionun dörd dövləti ilə, o cümlədən Azərbaycanla əməkdaşlığa hazırdır:

"Bizim artıq azərbaycanlı tərəfdaşlarla müsbət birgə iş təcrübəmiz var. 90-cı illərin sonlarından Rusiyanın "Lukoyl" şirkəti Xəzər dənizində Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi üzrə konsorsiumda iştirak edir. Şirkətin layihədə payı 10 faizə bərabərdir".

A.Yanovski əlavə edib ki, konsorsiumda iştirak müddəti ərzində investisiyaların həcmi 2 milyard dollardan çox olub:

"Biz hər zaman əməkdaşlığın inkişafını, yeni layihələrin reallaşdırılmasını, o cümlədən Xəzərin karbohidrogen ehtiyatlarının tədqiq sahəsində layihələrin reallaşdırılmasını hədəf qoymuşuq. Xəzərin hüquqi statusu barədə Konvensiyanın imzalanması, əlbəttə ki, yeni perspektivlər açacaq".

Son.az