Ermənistanın sabiq deputatının işi üzrə istintaq başa çatıb,


Dünya 14 Fev 2019 17:14:00 236 0

Ermənistanın sabiq deputatının işi üzrə istintaq başa çatıb,

Ermənistanda sabiq deputat, general Manvel Qriqoryan və onun həyat yoldaşı Nazik Əmiryanla bağlı cinayət işinin istintaqı başa çatıb.

Bu barədə Son.az report-a istinadən xəbər verir.

Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, M.Qriqoryan qanunsuz olaraq silah saxlamaqda, dəyəri 101 232 917 dram dəyərindəki əmlakı mənimsəmədə, 1 228 176 342 dram məbləğində vergidən yayınmada, büdcədən 1 225 003 300 dram xərcləməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.