Beyl 12 oyunluq cəzalandırıla bilər


İdman 14 Fev 2019 17:03:00 202 0

Beyl 12 oyunluq cəzalandırıla bilər

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi Real-ın futbolçusu Qaret Beyli cəzalandıra bilər.

Goal.az-ın "As"a istinadən yaydığı xəbərə görə, La Liqa qurumdan uelsli oyunçunun ölkə çempionatında Atletico ilə matçda (3:1) təhqiredici hərəkətinin araşdırılmasını xahiş edib.

Bildilir ki, komitə Beylin jestinin Atletico azarkeşlərinə etdiyi qənaətinə gəlsə, o zaman oyunçuyu 4-12 oyunluq cəzaladırıla bilər. Əgər bu jestin rəqib komandanın azarkeşlərinə ünvanlanmadığı hesab edilsə, onun cəzası 1-3 oyun ola bilər.

Xatırladaq ki, qarşılaşmanın hakimi Martines Munuera protokolda Beylin bu hərəkətini qeyd etməyib.