Sahil Babayev: "Bu ilin yanvarında 200 əsassız əlillik ləğv edilib"


Digərləri 14 Fev 2019 16:44:00 271 0

Sahil Babayev: "Bu ilin yanvarında 200 əsassız əlillik ləğv edilib"

"Ötən il Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlanıb, bu ilin yanvarında isə daha 200 əsassız əlillik ləğv edilib".

Son.az report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Bbayev mətbuat konfransında bildirib.

S.Babayev deyib ki, Səhiyyə Nazirliyi ilə birgə yaradılan işçi qrupu bu məsələ ilə ciddi məşğuldur: "Araşdırma zamanı məlum olur ki, saxta əlillik düzəltmək üçün vasitəçilik edənlər Nazirliyin işçiləri deyil. Ötən il ərzində əlillik 60 faiz azalıb. I qrup üzrə isə əlillik faizi 70 faiz azalıb. Bu dinamika reallığa uyğundur".