Cahangir Hacıyevin kassasiya şikayəti üzrə məhkəməsi təxirə salındı


Kriminal 14 Fev 2019 16:49:00 354 0

Cahangir Hacıyevin kassasiya şikayəti üzrə məhkəməsi təxirə salındı

Bu gün Ali Məhkəmədə mənimsəmə, vəzifə saxtakarlığı və gigər maddələrdə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkillərinin kassasiya şikayətinə əlavələr etdikləri elan olunub. Hakim bildirib ki, həmin əlavələr digər tərəflərə təqdim olunmayıb. Buna görə də məhkəmə iclası martın 14-dək təxirə salınıb.

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan sabiq bank rəhbəri apellyasiya şikayəti verib.