Yerevanda növbəti etiraz aksiyası


Dünya 14 Fev 2019 16:24:00 219 0

Yerevanda növbəti etiraz aksiyası

Yerevan Dövlət Universitetinin tələbələri ali məktəbin rektoru Aram Simonyanın istefası tələbi ilə yürüş keçiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, aksiya iştirakçıları bəyan edirlər ki, universitetin Qəyyumlar Şurası tələbələrin A.Simonyanın istefası tələbəni rədd edib, hətta onların ali məktəbin idarəçiliyi ilə bağlı narazılığına əhəmiyyət verməyib.

Tələbələr təcili olaraq Şuranın növbədənkənar iclasının keçirilməsini də tələb edir, iclasda rektora etimadsızlığın ifadə olunmasının vacibliyini qeyd edirlər.