Xocalı parkında hazırlıq işlərinə başlanılıb


Digərləri 14 Fev 2019 16:29:00 236 0

Xocalı parkında hazırlıq işlərinə başlanılıb

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunda yerləşən "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda hazırlıq işlərinə başlanılıb.

Son.az bildirir ki, bu barədə Trend-ə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib. Şöbə müdiri bildirib ki, tədbirlər planına əsasən abadlıq və yenidənqurma işləri aparılır:

"Xocalı soyqırımınına həsr olunan "Ana harayı" abidə kompleksi və kompleksin yerləşdiyi təqribən 1000 metrlik uzunluğu, 25 metr eni olan parkda bir sıra işlər görülür. Vaxtı ötmüş bitki və kollar çıxarılaraq əvəzinə 300 ədəd dekorativ ağac və kollar əkilib, lazımi yerlərə torpaq qatı tökülüb. Küçəboyu bəzi yerlərdə aqlay daşları dəyişdirilib, divarlara Xocalı soyqrımını əks etdirən fotobannerlər vurulur. Həmçinin işıqlandırma sisteminə baxış keçirilərək problemlər aradan qaldılıb".