Səbail argentinalı hücumçu ilə müqavilə bağladı


İdman 14 Fev 2019 15:21:00 258 0

Səbail argentinalı hücumçu ilə müqavilə bağladı

“Səbail” klubu heyətinə daha bir əcnəbi futbolçu cəlb edib. 

Goal.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, argentinalı hücumçu İriberri İmanol ilə 2019-cu il mayın 31-dək müqavilə imzalanıb.

İmanol 2006-2009-cu illərdə Argentinanın “Atletiko Aldosivi”, 2009-cu ildə “Alvarado”, 2010-2012-ci ildə “Independiente” F.B.C. (Paraqvay), 2012-2013-cü ildə “Sportivo Carapegua”, 2013-cü ildə Deportes Tolima (Kolumbiya), 2013-2014-cü ildə “Estudiantes de Merida”, 2014-2015-ci ildə “Deportivo La Guaira” (Venesuela), 2015-2016-cı ildə “Wilstermann” (Boliviya), 2016-cı ildə “Boavişta” (Portuqaliya), 2016-2017-ci ildə “Crucero del Norte” (Argentina), 2017-ci ildə “Mineros” (Venesuela), 2017-2018-ci ildə “Sport Boys” (Peru), 2018-ci ildə isə “Deportivo La Guaira” (Venesuela) klublarında çıxış edib.