"70ə yaxın ixtisas birləşdirilib və ya ləğv edilib"


Digərləri 14 Fev 2019 14:35:00 210 0

"70ə yaxın ixtisas birləşdirilib və ya ləğv edilib"

Nazirlər Kabinetinin yeni qərarı ilə mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı sonuncu dəfə 2009-cu ildə təsdiq edilmişdi.

Nazirlər Kabinetinin bu günlərdə təsdiq etdiyi "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı"nda ixtisasların sayının azaldığını deyən Y.Piriyev qeyd edib ki, qaydalar əsasında yeni yaradılan ixtisaslara qəbul 2020-2021-ci tədris ilində aparılacaq. Yeni bakalavr ixtisasları üzrə ilk buraxılış 2024-cü ildə olacaq: