Təhsil Nazirliyi: Magistratura səviyyəsi üzrə ixtisaslar yenilənəcək


Digərləri 14 Fev 2019 13:55:00 217 0

Təhsil Nazirliyi: Magistratura səviyyəsi üzrə ixtisaslar yenilənəcək

Magistratura səviyyəsi üzrə ixtisas təsnifatına yenidən baxılacaq və onlar da bakalavriat səviyyəsi üzrə yeni ixtisas təsnifatına uyğunlaşdırılıacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Nazirlik rəsmisi gələn il bu istiqamətdə işlərin aparılacağını nəzərə çatdırıb.

Onun sözlərinə görə, bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı sonuncu dəfə 2009-cu ildə təsdiq edilmişdi. Həmin vaxt ixtisas təsnifatında 450 ixtisas var idi.

Nazirlər Kabinetinin bu günlərdə təsdiq etdiyi "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı"nda ixtisasların sayının azaldığını deyən Y.Piriyev qeyd edib ki, qaydalar əsasında yeni yaradılan ixtisaslara qəbul 2020-2021-ci tədris ilində aparılacaq. Yeni bakalavr ixtisasları üzrə ilk buraxılış 2024-cü ildə olacaq: