"Qarabağ" – "Qəbələ": 50-ci duel


Digərləri 14 Fev 2019 13:53:21 200 0

"Qarabağ" – "Qəbələ": 50-ci duel

Bu həftə Premyer Liqada XVII turun oyunları keçiriləcək.

Bakı. Bu həftə Premyer Liqada XVII turun oyunları keçiriləcək. “Qəbələ” ardıcıl ikinci səfər matçına çıxacaq. “Qırmızı-qaralar” Bakıda “Qarabağ”ın qonağı olacaq. Son ölkə çempionu ilə fevralın 17-dəki görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Trend "Qəbələ" klubunun saytına istinadən məlumat verir ki, bu, rəqiblərin ümumilikdə yubiley – 50-ci dueli olacaq. İlk dəfə 2006-cı ildə qarşılaşan komandalar indiyədək 49 dəfə üz-üzə gəlib. Bu matçlardan 42-si çempionat, 7-si Azərbaycan kuboku çərçivəsində baş tutub. “Qəbələ” “Qarabağ”la qarşılaşmalarda 11 qələbə qazanıb, 17 dəfə heç-heçə edib, 21 dəfə məğlub olub. Əvvəlki oyunlarda “qırmızı-qaralar” 43 qol vurub, 62-ni buraxıb. Komandanın qollarına 29 futbolçu imza atıb. Braziliyalı Dodo hamıdan çox – 5 dəfə fərqlənibsə, Viktor Mendinin hesabında 4 qol var.