Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək


Digərləri 14 Fev 2019 13:45:00 203 0

Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfərə yola düşüb.

Bakı. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, məqsəd bu ilin 15-17 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdir. Səfər çərçivəsində xarici işlər nazirinin 55-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı ilə yanaşı, bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin