Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisinə hökm oxundu


Digərləri 14 Fev 2019 13:36:00 220 0

Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Tağıyevə şərti cəza verilib.

İttihama görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin apardığı yoxlamalar zamanı Qəbələ Telekommunikasiya Qovşağında pozuntular ortaya çıxıb.