Bakı sakinini bıçaqla qorxudaraq mobil telefonunu əlindən alan şəxs həbs edilib


Digərləri 14 Fev 2019 13:36:00 195 0

Bakı sakinini bıçaqla qorxudaraq mobil telefonunu əlindən alan şəxs həbs edilib

Sabunçu rayonu Aydınbəyov küçəsində naməlum şəxs paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək onun “İphone 7” markalı mobil telefonunu əlindən alıb.

Bakı. Sabunçu rayonu Aydınbəyov küçəsində naməlum şəxs paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək onun “İphone 7” markalı mobil telefonunu əlindən alıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, zərərçəkən bundan sonra hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə məlumat verib. Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş Röyal Səfərov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək, quldurluq yolu ilə əldə etdiyi mobil telefonu satdığını bildirib.