İnsanları bıçaqla qorxudub telefonlarını əlindən alan quldur tutuldu


Digərləri 14 Fev 2019 13:23:00 265 0

İnsanları bıçaqla qorxudub telefonlarını əlindən alan quldur tutuldu

Sabunçu rayonu Aydınbəyov küçəsində naməlum şəxs paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək onun "İphone 7" markalı mobil telelfonunu əlindən alıb.

DİN-dən Son.az-a verilən məlumata görə, zərərçəkən bundan sonra hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə məlumat verib. Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş Röyal Səfərov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək, quldurluq yolu ilə əldə etdiyi mobil telefonu satdığını bildirib.


Xəbərə aid fotolar