İranda cinsiyyətin dəyişilməsi ilə bağlı


Dünya 14 Fev 2019 13:14:00 187 0

İranda cinsiyyətin dəyişilməsi ilə bağlı

İranda ötən 10 il ərzində 5-6 min nəfər cinsiyyətini dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Şərq qəzetinə açıqlama verən İran Cinsi Problemlərdən Əziyyət Çəkən Xəstələrə Dəstək Cəmiyyətinin sədri Fərşid Məsudi deyib.

Məsudinin sözlərinə görə, dünya statistikalarında da fərqli rəqəmlər var.

O əlavə edib ki, İranın 80 milyonluq əhalisini nəzərə aldıqda, ölkədə 24 min transseksualın olduğunu təxmin etmək olar.