Hər gün Sumqayıtdan Qubanın kəndinə dərs deməyə gedir... FOTO


Digərləri 14 Fev 2019 12:51:00 235 0

Hər gün Sumqayıtdan Qubanın kəndinə dərs deməyə gedir...   FOTO

Müəllimlərin işə qəbulu prosesi zamanı ucqar bölgələrə dərs demək üçün yollanan gənc müəllimlərin sayında artım müşahidə olunur. Gənc müəllimlər müəllimlik peşəsini icra etmək üçün getdiyi məktəblərdə aktiv çalışırlar.

Belə müəllimlərdən bir neçəsi Qubanın Qəçrəş kəndində çalışır.

Son.az modern.az-a istinadən xəbər verir ki, gənc müəllimlərdən olan 24 yaşlı Nigar Bəşirova Bakıda doğulub böyüsə də, müəllimlik karyerasına Qubanın Qəçrəş kəndində başlayıb. Kənd mühitinin həyatı çətinliklər yaratmasına baxmayaraq, Nigar işinə sevgi və həvəs göstərir.

Nigar Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 52 bal toplayıb.

Gənc müəllim Nigar deyir ki, gənc kadrlara ucqar bölgələrdə daha çox ehtiyac var.

"Çünki bu, bir nümunədir. Gələcəkdə ali məktəbləri bitirən gənclər də işləmək üçün bölgələrə rahatlıqla üz tutacaq. Həmçinin uşaqların uğurlarında az da olsa pay sahibi olmaq mənə sevinc verir. Ucqar kənddə uşaqlarla işləməkdən zövq alıram"

Nigar Bəşirova rayonda kirayədə qalır.

"Kirayədə qaldığım evin insanları çox mehribandırlar. Ona görə də pedaqoji fəaliyyətimi burada davam etdirmək fikrindəyəm. Aldığım aylıq məvacib məni qane edir. Həvəsləndirmə ilə birlikdə təxminən 600 manat əmək haqqı alıram. Üstəlik, dərsdən sonra bir neçə şagirdi hazırlaşdırıram. Eyni zamanda burada işləyə-işləyə gələcəkdə magistr təhsili almağı düşünürəm"

Qubanın Qəçrəş kəndində çalışan gənc müəllimlərdən biri də 24 yaşlı alman dili müəllimi Maral Yusifovadır. Maraqlıdır ki, o, dərs keçmək üçün hər gün uzun məsafə qət etmək məcburiyyətində qalır.

Belə ki, hər gün Sumqayıtdan Qubaya gəlib və axşam evlərinə geri dönür. Bu boyda məsafənin olmasına baxmayaraq Maral Yusifova işindən də, şagirdlərdən də, kənd camaatından da çox razıdır.


Xəbərə aid fotolar