Ermənistanın hərbi prokuroru: “Orduda ağır cinayətlər və korrupsiya halları artıb”


Dünya 14 Fev 2019 12:28:00 250 0

Ermənistanın hərbi prokuroru: “Orduda ağır cinayətlər və korrupsiya halları artıb”

Ermənistan Silahlı Qüvvələrində 2018-ci ildə 182 korrupsiya hadisəsi qeydə alınıb ki, bu da 2017-ci illə müqayisədə 66 faiz çoxdur.

Son.az report-a istinadən xəbər verir ki, bunu ölkənin hərbi prokuroru Vaqe Arutyunyan bildirib.

Ötən ilin yekunlarına dair Hərbi Prokurorluqda keçirilən müşavirədə çıxış edən V.Arutyunyan deyib ki, həmin hadisələrdən 173-ü üzrə cinayət işi başlanılıb. Onun sözlərinə görə, 86 nəfər barəsində başlamış 43 cinayət işi məhkəməyə göndərilib.

Ötən ildə 2017-ci illə müqayisədə dövlətə 7,3 dəfə artıq, yaxud 422 milyon 236 min 614 dram (863 min dollar) məbləğində maddi ziyan dəyib.