"Airbus" ən iri sərnişin təyyarələrinin tədarükünü dayandırır


Dünya 14 Fev 2019 12:15:00 213 0

"Airbus" ən iri sərnişin təyyarələrinin tədarükünü dayandırır

Avropanın "Airbus" aviakonserni iki ildən sonra A380 iri sərnişin təyyarələrinin tədarükünü dayandıracaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb əsasən "Emirates" şirkəti tərəfindən bu avialaynerlərin sifarişinin azalmasıdır. Belə ki, "Emirates" A380-lərin sifariş portfelini 162-dən 123-dək azaldır. Digər şirkətlərdən də sifarişlərin azaldığını nəzərə alan "Airbus" 2021-ci ildə A380-lərin tədarükünü dayandırmaq qərarına gəlib.

Bununla belə, şirkət əmin edir ki, istismarda olan təyyarələrə texniki dəstəyin göstərilməsi davam edəcək. Şirkətin baş direktoru Tomas Enders bildirib: "Unutmayın ki, A380 təyyarələri istənilən halda uzun illər boyu havaya qalxacaq və əlbəttə ki, "Airbus" A380-lərin operatorlarına tam dəstək göstərəcək".