14 yaşlı qız milyonları heyrətləndirdi VİDEO FOTO


Digərləri 14 Fev 2019 12:01:00 271 0

14 yaşlı qız milyonları heyrətləndirdi  VİDEO  FOTO

ABŞ-ın Oklahoma ştatında yaşayan 14 yaşlı Darsi Linn Farmer "America's Got Talent: The Champions"da çıxışı ilə milyonları heyrətləndirib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Darsi 2017-c ildə, 12 yaşı olanda "America's Got Talent" şousunda çıxış etmiş, çempion olmuşdu. O, baş mükafat olan 1 milyon dolları qazanmışdı.

Dünən isə ""America's Got Talent: The Champions"da "Petuniya" adlı kuklası ilə səhnəyə çıxan Darsi italyan bəstəkar Cakomo Puççinin əsəri olan "O Mio Babbino Caro"nu ifa edib.

Darsi ifası ilə münsiflər heyəti və zaldakı tamaşaçılarla yanaşı, sosial şəbəkələrdə milyonlarla insanı riqqətə gətirib.


Xəbərə aid fotolar