"Total"ın Azərbaycanda bərpa olunan enerji sahəsində iştirakı qaz layihələrinə təsir edəcəkmi?


Digərləri 14 Fev 2019 12:02:00 184 0

"Total"ın Azərbaycanda bərpa olunan enerji sahəsində iştirakı qaz layihələrinə təsir edəcəkmi?

Fransanın "Total" şirkəti ilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq şirkətin Azərbaycanda qaz layihələrinin reallaşdırılmasına təsir göstərməyəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın neft-qaz bazarındakı mənbə bir müddət əvvəl Energetika Nazirliyi və Fransanın "Total Eren" şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə imzalanmış anlaşma memorandumunu şərh edərkən deyib.

Bildirilib ki, sənəddə layihənin bir sıra perspektivləri müəyyən edilib: "Biz onlardan bir neçəsinə texniki qiymət vermişik və bu layihələri həyata keçirməyə hazırıq. Anlaşma memorandumu bu konkret layihələr üzərində işə başlamazdan əvvəl atılan ilk addımdır".

Agentliyin müsahibinin sözlərinə görə, "Total" Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə üçün, xüsusən də külək parklarının yaradılması istiqamətində yaxşı potensial olduğunu hesab edir: