“Könüllü ol” layihəsinə 1100-ə yaxın gənc cəlb edilib


Digərləri 14 Fev 2019 11:35:54 212 0

“Könüllü ol” layihəsinə 1100-ə yaxın gənc cəlb edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə gənclərinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində ardıcıl islahatlar aparılır.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə gənclərinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində ardıcıl islahatlar aparılır. Ölkə başçısının dövlət orqanlarının fəaliyyətində könüllülərin xidmətlərindən geniş istifadə edilməsi tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir düşüncəli gənc könüllülərdən geniş istifadə edilməsi, gələcəkdə onların daimi iş yerləri ilə təmin olunması, institusional bacarıqlarının artırılması, intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı geniş tədbirlər görülməkdədir. Komitədən Trend-ə verilən məlumata görə, könüllülərlə birgə iş birliyinin həyata keçirilməsi komitənin gənclər siyasəti sahəsində reallaşdırdığı tədbir və layihələrin, eləcə də əmlak idarəçiliyi sahəsində göstərilən dövlət xidmətlərinin tərkib hissəsidir. Komitə qarşısında qoyduğu “Müasir düşüncə - gələcəyə addım” hədəfinə əsasən əmlak idarəçiliyi sahəsində “Könüllü ol” proqramı reallaşdırmaqdadır. “Könüllü ol” layihəsi çərçivəsində artıq 1100-ə yaxın könüllü komitənin fəaliyyət sferalarına aktiv şəkildə cəlb edilmişdir. Hər bir könüllü ilə komitədə fərdi görüşlər keçirilir, onların bilik və bacarıqları yoxlanılır. Nəticədə 320 könüllü komitənin müvafiq qurumlarında könüllü fəaliyyətə başlamışdır. Könülllü proqramında iştirak edən 110 nəfər könüllü komitənin müxtəlif qurumlarında işlə təmin edilmişlər.