Anarın anası: "Anjelika Anarın adından məktub yazıb, gündəmə gəlmək istəyir" FOTO


Digərləri 14 Fev 2019 11:13:00 439 0

Anarın anası: "Anjelika Anarın adından məktub yazıb, gündəmə gəlmək istəyir"  FOTO

Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva ilə mərhum reperin anası Şərqiyyə Cəbiyeva arasında yenidən qalmaqal yaşanıb. Buna Anjelikanın Anarın ona yazdığı məktubu mərhum reperin məzarı üstə oxuması səbəb olub.

Son.az bildirir ki, yenicag.az-a açıqlama verən Ş.Cəbiyeva keçmiş gəlininin yalan danışdığını deyərək, baş verənlərdən əsəbiləşdiyini bildirib:

"Birincisi, o, mənim gəlinim deyil, Anarın keçmiş həyat yoldaşıdır. Onu efirdə Anarın xanımı kimi təqdim etməsinlər. İkincisi, o qadın yalan danışır. Anarın adından məktub yazıb, gündəmə gəlmək istəyir. Balamı öldürdü, indi də ölüsündən əl çəkmir. Nə oldu, neçə ildən sonra ortaya məktub çıxdı? Məktub var idisə, indiyə qədər niyə ortalığa çıxmırdı? Əlinə də Quran kitabını götürüb danışır. Birincisi, o kitabları mənim evimdən oğurlayaraq aparıb. Quran kitabını saf, pak insanlar əlinə götürə bilər. Sən kimsən axı, o murdar əməllərin sahibi indi müqəddəs kitabı əlinə alırsan.

Nəvəmi də öyrədib. Onun nə yaşı var ki, deyir, atamın mahnılarını oxuyan adam ondan icazə istəməlidir. Utanmaz qadın xəcalət çəkmək əvəzinə, balamın məzarı üstə gedib, onun ruhunu incidir".


Xəbərə aid foto