Nazirliyin rüşvətə görə tutulan əməkdaşlarının məhkəməsi başlayır


Digərləri 14 Fev 2019 11:20:00 209 0

Nazirliyin rüşvətə görə tutulan əməkdaşlarının məhkəməsi başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri - Elnur Quliyev və Vidadi Eyvazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə elan oluncaq.