Rezidenturaya qəbul elan edilib


Digərləri 14 Fev 2019 10:48:00 214 0

Rezidenturaya qəbul elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul elan edib.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün namizəd 2019-cu il fevralın 14-dən 21-dək mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 manat) "Şəxsi kabinet"indəki hesabına əlavə edərək qeydiyyatdan keçə bilər.

Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2019-cu il fevralın 14-dən 21-dək mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 manat) "Şəxsi kabinet"indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Namizəd "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 2019-cu il fevralın 14-dən 21-dək mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurur və təsdiq edir.

Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycanda baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər.