Pensiyalar 2 gün ərzində tam ödəniləcək


Digərləri 14 Fev 2019 10:39:40 194 0

Pensiyalar 2 gün ərzində tam ödəniləcək

Azərbaycanda əmək pensiyalarının ödənilməsi iki gün ərzində təmin ediləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.

F.Talıbov bildirib ki, Prezident İlham Əliyevin 7 fevral 2019-cu il tarixli sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçirilir.