Göyçay Xəstəxanasında qadının abort zamanı ölməsi ilə bağlı cinayət işi başlandı
Digərləri 14 Fev 2019 09:56:00 181 0
Göyçay rayon Mərkəzi Xəstəxanasında qadının abort zamanı qanaxmadan ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakı. Samir Əli -
Göyçay Rayon Mərkəzi Xəstəxanasında qadının abort zamanı qanaxmadan ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumatda bildirilir ki, fevralın 12-də Astara rayonunun Siyaku kənd sakini, 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyevanın Göyçay Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsində ölməsi ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib, zəruri olan sənədlərin surəti götürülüb, ölümün səbəbinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin olunub.
Mənbə: az.trend.az