"İçəri şəhər" stansiyasında qatarda problem yarandı


Digərləri 14 Fev 2019 09:26:00 193 0

"İçəri şəhər" stansiyasında qatarda problem yarandı

Bakıda metroda qatarda problem yaranıb.

Son.az xəbər verir ki, hu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərionə görə, hadisə metronun "İçəri şəhər" stansiyasında baş verib: "Stansiyadan start götürən qatarda qəfil problem yaranıb. Nəticədə qatar platformadan 10 dəqiqə gec çıxıb. Bu da qatarların intervalında gecikməyə səbəb olub. Nasazlıq yaranan qatar "Depo"ya göndərilib. Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkətlərini davam etdirir".