Google Pixel 4də özəllik reallaşa bilər


Digərləri 14 Fev 2019 08:51:00 226 0

Google Pixel 4də özəllik reallaşa bilər

Google Pixel smartfon modellərinin istifadəçiləri artıq uzun zamandır ki, şirkətdən sözügedən smartfon seriyasında iki SIM kart dəstəyini tələb edirlər. Görünür, yeni nəsil Pixel smartfonlarında bu özəllik olacaq. Pixel 4 smartfon modelində Dual SIM kart girişinin olacağı məlumatı Android Open Source Project-in kodunda aşkar edilib. Bu barədə XDA-Developers saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, Pixel modelləri adi SIM kartı və bəzi mobil operatorların eSIM virtual SIM kartlarını dəstəkləyirlər. Lakin onların hər ikisini birdən istifadə etmək olmur. Nəticədə istifadəçi ikisi arasında seçim etməli olur. Görünür, Google da Apple şirkəti kimi öz smartfon modellərndə Dual SIM özəlliyini reallaşdıracaq.