SEPAHın avtobusunun məhz bu gün partladılması təsadüfi deyil


Dünya 14 Fev 2019 08:53:00 209 0

SEPAHın avtobusunun məhz bu gün partladılması təsadüfi deyil

İran xarici işlər naziri Cavad Zərif SEPAH avtobusunun partladılmasının Varşavada Yaxın Şərq üzrə konfransın açılışı ilə eyni gündə olmasını təsadüf saymır.

Son.az oxu.az-a istinadən bildirir ki, o bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"İranda terror aktının "Varşava sirki" ilə eyni gündə baş verməsi təsadüfdürmü? Xüsusən də həmin terrorçuları dəstəkləyənlər bu hücuma görə Varşava küçələrində sevinən və sosial şəbəkələrdə dəstəkləyən zaman".