Fələstinin büdcəsinə 60 milyon dollar köçürüldü


Dünya 14 Fev 2019 08:58:00 177 0

Fələstinin büdcəsinə 60 milyon dollar köçürüldü

Səudiyyə İnkişaf Fondu son üç ay ərzində Fələstin hökumətinin Rəmallahda yerləşən yerli administrasiyasının büdcəsini dəstəkləmək üçün Fələstin Maliyyə Nazirliyinə 60 milyon dollar köçürüb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Səudiyyənin SPA agentliyinə krallığın Misirdəki səfiri və Ərəb Dövlətləri Liqası yanında daimi nümayəndəsi Osama bin Əhməd Nakli deyib.