Chrome öz reklam bloklayıcısını işə salacaq


Digərləri 14 Fev 2019 08:59:00 212 0

Chrome öz reklam bloklayıcısını işə salacaq

Chrome proqramçıları hələ 2018-ci ilin əvvəlində brauzerin daxilinə reklam bloklayıcısı əlavə ediblər,lakin hələki bu imkan yalnız ABŞ-da, Kanada-da və bir neçə Avropa ölkəsində işlək idi. İndi Google elan etdi ki, 9 iyul 2019 tarixindən etibarən bloklayıcı bütün ölkələr üçün açıq olacaq.

Son.az technote.az-a istinadən bildirir ki, Chrome-un reklam bloklayıcısı Adblock və ya bənzər həllər kimi işləmir. Brauzer yalnız "Coalition for Better Ads" standartlarına uyğun olmayan reklamlar ilə mübarizə aparır. Faktiki olaraq bloklayıcı aşağıdaki qaydalara zidd olan yalnız aqressiv və bezdirici reklamları bloklayır:

avtomatik işə düşən audio və video reklamlar Ekranın böyük hissəsini qapadan pop-up bannerlər. Prestitial-reklam. Bu termin ilə öz ayrıca səhifəsi olan, məqsəd saytdan öncə özünə aparan və bu səhifəni nə zaman tərk edə biləciyiniz vaxtı göstərən taymeri olan bezdirici reklam növü adlandırılır. Pəncərənin üst hissəsinə bərkidilmiş və ekranın 30%-inə qədərini zəbt edən böyük banner. Saytların mobil versiyalarında rəngi tez-tez sərt dəyişən, yanıb-sönmə effekti verərək qıcıqlandıran reklamlar da xoş qarşılanmır.