Daşınan elektronika istehsalı artır


Digərləri 14 Fev 2019 08:21:00 211 0

Daşınan elektronika istehsalı artır

Daşınan elektronika populyarlaşmaqda davam edir. 2018-ci ildə daşınan qurğuların tədarük həcmi 10 faiz artaraq 105 milyon ədədə yaxınlaşıb. Bu barədə "Futuresource Consulting" tədqiqat şirkətinin hesabatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, ilin yekunları üzrə 20 milyon "Apple Watch" buraxan "Apple" şirkəti ən böyük "ağıllı" saat tədarükçüsü adını qoruyub. Lakin tədarük baxımından "Apple" qurğuları ilə "Xiaomi" qurğuları ciddi rəqabət aparır. Həmçinin "Fitbit" və "Fossil" saatları "Apple" şirkətinin "ağıllı" saatlar seqmentində lider mövqelərinə iddialıdır. 2019-cu ildə ekspertlər tərəfindən qeyd olunan brendlər arasında mübarizənin güclənəcəyi və "ağıllı" saatlara tələbatın artacağı proqnozlaşdırılır.