Ən güclü və ən zəif şüalanmaya malik smartfonlar


Digərləri 14 Fev 2019 07:11:00 253 0

Ən güclü və ən zəif şüalanmaya malik smartfonlar

Ekspertlər "Xiaomi" şirkətinin smartfonunu bazarda təqdim edilənlər arasında ən yüksək şüalanma səviyyəsinə malik telefon seçiblər. Müvafiq tədqiqat "Statista" şirkətinin "Twitter" səhifəsində dərc edilib.

Son.az ICTnews-a istinadən bildirir ki, antireytinqə Çin şirkətinin dörd modeli daxildir. Birinci yerdə "Xiaomi Mi A1", üçüncüdə "Xiaomi Mi Max 3", altıncıda "Xiaomi Mi Mix 3", on beşincidə "Xiaomi Redmi Note 5" smartfonu qərarlaşıb.

Bundan başqa, analitiklər tərəfindən siyahıya "Apple" şirkətinin iki smartfonu daxil edilib - "iPhone 7" və "iPhone 8" müvafiq olaraq 9-cu və 14-cü yeri tutub.

Şirkətin "Twitter" hesabında, həmçinin ən zəif şülanma səviyyəsinə malik smartfonların reytinqi təqdim edilib. Burada lider mövqedə "Samsung Galaxy Note 8" modeli yer alıb.