Azərbaycan nefti bahalaşıb


Digərləri 13 Fev 2019 23:30:00 212 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 12-i 64,74 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 12-i 64,74 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,39 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,36 dollar/barel çoxdur.