Azərbaycanda minik maşını traktorla toqquşub, sürücü ölüb


Digərləri 13 Fev 2019 23:05:00 225 0

Azərbaycanda minik maşını traktorla toqquşub, sürücü ölüb

Ağdaş rayonun "qara bazar" adlanan ərazisində ağır yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, "VAZ-21011" markalı minik maşını traktorla toqquşub.

Hadisə nəticəsində şəxsiyyəti hələ ki, məlum olmayan Həmid Azəri adlı yaşlı sürücü ağır xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, daxili qanaxma keçirən sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.