Emosional aclıq nədir?


Digərləri 13 Fev 2019 23:09:00 275 0

Emosional aclıq nədir?

Qida hər birimiz üçün vacibdir. Bir çox insanlar sağlamlığını və enerjisini qorumaq üçün, bəziləri isə darıxdığından, stressi və ya emosional ağrıları aradan qaldırmaq üçün qidalanır. Emosional aclıq mütəmadi olaraq böyük miqdarda qida qəbul etmək vərdişidir. Bu iştaha fərqli hisslərdən irəli gəlir və aclıq deyil. Ekspertlərin fikrincə, doymamağın 75 faizi emosiyalardan yaranır. Təklik, zəiflik, hirs, məyusluq, depressiya, narahatlıq kimi hisslər şüursuz və nəzarətsiz qidalanmağa səbəb ola bilər. Xoşbəxtlikdən, qida asılılığını aradan qaldırmanın bir çox yolu var. Onun öhdəsindən gəlmək üçün istək və iradə lazımdır.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-cərrahı, bariatrik diyetoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Vəfa Paşazadə məlumat verib.