Boğaz ağrısı üçün dadlı sorma konfetlər Evdə hazırlayın


Digərləri 13 Fev 2019 22:50:00 612 0

Boğaz ağrısı üçün dadlı sorma konfetlər  Evdə hazırlayın

Mövsümlə əlaqədar olaraq yayılan infeksion xəstəliklər müalicə edilməsinə baxmayaraq heç cür keçib getməyən öskürək bir çoxlarını narahat edir. Qıcıqlanma və qızartı verərək gündəlik həyatı çətinləşdirən öskürəkdən qurtulmağı təbii yolları da var.

Son.az medicina.az-a istinadən ev şəraitində hazırlana bilə boğaz ağrısı üçün nəzərdə tutulan sorma konfet reseptini təqdim edir: 

Lazım olan ərzaqlar:   1 stəkan şəkər tozu   Yarım stəkan  su   1 yemək qaşığı limon şirəsi    1 yemək qaşığı təbii bal   1 çay qaşığı zəncəfil tozu   1 çay qaşığı əzilmiş mixək   Hazırlanması:   Sadalanan ərzaqların hamısını bir qaba töküb qazın üstünsə 15-20 dəqiqə birişin. Qaynayan kimi altını söndürüb soyudun. Soyuduqdan sonra bir qaba yağlı kağız sərərək üzərinə qaşıq vasitəsilə tökün və soyuağa qoyun. Soyuduqdan sonra çıxararaq üzərinə şəkər pudrası səpin.