"Moşu" "Bəxt üzüyü 2" filmindən aldığı QONORARI AÇIQLADI


Şou-biznes 13 Fev 2019 22:05:00 315 0

"Moşu" "Bəxt üzüyü 2" filmindən aldığı QONORARI AÇIQLADI

"İş-güc qurtarıb e. Filmdir, dəvət etdilər, çəkildik, qurtardı getdi. Hansı filmin daha güclü olduğunu deyə bilmərəm. Belə müqayisə düzgün deyil e. Birinci filmin ssenarisini Vaqif Səmədoğlu yazıb, ikincisini isə Tahir İmanov və komandası. Hərənin öz fikri, ideyası var. Gərək ayrı ad qoyaydılar? Burada mövzu da başqadır, oyun tərzi də ayrıdır. Əgər birinci və ikinci seriya söhbəti olsaydı, tənqidlər haqlıydı".

Son.az bildirir ki, bu fikirləri "ölkə.az"a açıqlamasında xalq artisti Valeh Kərimov "Bəxt üzüyü 2" filminə çəkilməsi ilə bağlı edilən tənqidlərə cavab verərkən səsləndirib. Xalq artisti deyib: 

"Fİlmi sevdiklərindən belə ediblər. Müğənnilərə min cür parodiya edirlər. O parodiyaları da sevdiklərindən edirlər də. İstəyiblər ki, o adla yeni fikir desinlər. Dünya ədəbiyyatında, dramaturgiyasında, kino sənətində belə şeylər çoxdur. Bizə çatanda başlayırlar ki, o belə idi, bu belə idi. Axı niyə müqayisə edirik ki?"